Toya gedənlər qəzaya düşdü - Fotolar

toya-gedenler-qezaya-dusdu
Oxunma sayı: 2006

Toy məclisinə gedənlər Yevlaxda qəzaya düşüb. “Qafqazinfo"nun məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun Hacıselli kəndindən keçən hissəsində baş verib.

"VAZ" markalı minik maşını ilə mikroavtobusun toqquşması zamanı avtomobillərə ziyan dəyib. Sərnişinlərdən bir neçəsi isə həyacan keçirib və yüngül xəsarət alıblar. Məlumata görə, mikroavtobus sərnişinləri toy məclisinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli