“Toya gələnlər “almansayağı” hesab versinlər”

toya-gelenler-almansayagi-hesab-versinler
Oxunma sayı: 3747

REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli pandemiyadan sonra ifrat toy adətlərimizin ləğv edilməsini təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, N.Cəfərli feysbukda bildirib ki, bu toy adətləri israfçılıqdır: “İnsanlar dəvətnamə alanda sevinməkdənsə dilxor olurlar, borc alıb toya gedirlər. Toylarda da səs-küy, ağız deyəni qulaq eşitmir, insanın başı ağrıyır, masalar üzərində tonlarla yemək zay olur. Bütün bunlara son vermək lazımdır. 

Bunun üçün “Toy amnistiyasına” ehtiyac var. İndiyədək bir-birimizin toyuna saldığımız pulu halal edək, gəlin bu işi birdəfəlik həll edək! 

Mən demirəm ki, toy, şənlik olmasın, mütləq olmalıdır, amma bizdəki kimi biabırçılıqla yox. Gənclər özləri 50-100 nəfər arası yaxın dostları ilə əylənsinlər, desinlər, gülsünlər, mahnı oxusunlar, rəqs etsinlər, gələn qonaqlar da simvolik hədiyyələrlə yanaşı, “almansayağı” hesabı versinlər ki, (adambaşına 15-20 manat düşəcək), ailələr heç xərcə düşməsin. Əgər bu virusdan sonra kişilərin öpüşməsini və biabırçı, ifrat toy ənənəsini sındırsaq, bu da böyük kar olacaq”.