Toya gələrək qonaqları güllələdi - Yaralananlar var

toya-gelerek-qonaqlari-gulleledi
Oxunma sayı: 2928

Braziliyanın Alaqos ştatında toy faciə ilə yekunlaşıb.

“Qafqazinfo” xəbr verir ki, bu barədə “Globo” kanalı məlumat yayıb.

Məlumata görə, cinayətkar zala daxil olaraq kişilər oturan masaya yaxınlaşıb. Daha sonra onları atasının qətlində günahlandırıb və tapançasını çıxardaraq bir neçə dəfə atəş açıb. Nəticədə iki nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Cinayətkar tələsmədən küçəyə çıxıb və hadisə yerindən uzaqlaşıb. Artıq cinayəti törədən şəxsin kimliyini müəyyən etmək olub. 

Polis komissarı Karlos Umberto di Almeydanın sözlərinə görə, hər iki ailə arasında illərdir ölümlə nəticələnən münaqişə davam edir.

Hazırda cinayətkarın axtarışları davam edir.