Toya görə iki nəfər məhkəməlik oldu

toya-gore-iki-nefer-mehkemelik-oldu
Oxunma sayı: 1287

Avqustun 9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2217 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.