Toyda alkoqoldan zəhərləndi

toyda-alkoqoldan-zeherlendi
Oxunma sayı: 696

Goranboy sakini Tovuzda alkoqoldan zəhərlənib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini 1984-cü il təvəllüdlü Quliyev Samir Süliddin oğlu Tovuz rayonunda keçirilən toy mərasimində iştirak edən zaman qəbul etdiyi spirtli içkidən zəhərlənib.
 
O, dərhal rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. S.Quliyevə tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.