Toyda daha bir faciə - Rəqs edərkən öldü

toyda-daha-bir-facie
Oxunma sayı: 5607

Şirvanda 54 yaşlı kişi toyda ürək tutmasından dünyasını dəyişib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, ölüm hadisəsi bu gün axşam saatlarında Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.

Sabirabad rayonunun Azadakənd sakini 1961-ci il təvəllüdlü Rüstəmov Əssan Hüseynağa oğlu toy mərasimində rəqs edərkən ürək tutmasından dünyasını dəyişib. Qohumları ölən şəxsin bir müddət əvvəl infarkt keçirdiyini qeyd ediblər.