Toyda otelin divarı uçdu - 15 ölü, 29 yaralı

toyda-otelin-divari-ucdu
Oxunma sayı: 3060

Perunun Abankay vilayətində yerləşən “Alambra” otelində keçirilən toy mərasimi zamanı otelin divarı uçub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində qonaqlardan 15-i ölüb, 29-u yaralanıb.

Əraziyə təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub.