Toyda qardaşını və arvadını öldürmək istəyən şəxs həbs edildi

toyda-qardasini-ve-arvadini-oldurmek-isteyen-sexs-hebs-edildi
Oxunma sayı: 2979

Sumqayıtda toyda iki nəfəri öldürmək istəyən şəxs həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyulun 8-i saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1963-cü il təvəllüdlü Vahid Kərimduxt və həyat yoldaşı İradəyə kəsici alətlə xəsarət yetirilib: “Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə Rafiq Kərimduxt iyulun 11-də Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir”.