Türkiyədə toydan qayıdan qohumlar qəzaya düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Kayseri şəhərində baş verib. Qəzaya səbəb isə 26 yaşlı sürücü Şevket Açıkgözün avtomobil hərəkətdə olarkən idarəetməni itirməsidir.
Hadisədə 9 aylıq uşaq və bir qadın həlak olub. Doqquz sərnişin isə yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər