Toydan qayıdırdılar, maşın aşdı - Yaralılar var+Fotolar

toydan-qayidirdilar-masin-asdi
Oxunma sayı: 1944

Axşam saatlarında Samux-Gəncə yolunda "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

"Qafqazinfo" xəbər verir ki, hərəkətdə olan avtomobilin aşması nəticəsində sürücü Rasim Hüseynov və hələlik adları məlum olmayan iki sərnişin yaralanıb.

Qəzaya yüksək sürət səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşən şəxslər toydan qayıdırlarmış.

Elmar Əli