Toydan sonra bu evdə qalacaqlar - Foto

toydan-sonra-bu-evde-qalacaqlar
Oxunma sayı: 5582

Sinem Kobal ilə Kenan İmirzalıoğlunun toylarına sayılı günlər qalıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlüyün toydan sonra yaşayacaqları ev məlum olub.

Kenan və Sinem evləndikdən sonra ssenarist dostları Kerem Deren ilə həyat yoldaşı Pınar Buludun Boğaz mənzərəli iki mərtəbəli evinə köçəcəklər.

Qeyd edək ki, toy 14 may tarixində baş tutacaq. 300 adamın qonaq olacağı və 3 gün, 3 gecə davam edəcək toy Cunda adasında reallaşacaq.

Mərasimdə Sinem Kobal rəfiqəsi Tuvana Büyükçınarən hazırladığı gəlinliyi geyinəcək, 12 may tarixində adaya gedəcək.

İmirzalıoğlu və yaxın dostları isə mayın 13-də Kobala qatılacaq.

Cütlük qonaqları üçün üç otel bağladığı, qonaqların Ayvalıkdan Cundaya xüsusi olaraq bəzənmiş gəmilərlə daşınacağı bildirilib.

Kenan toy üçün 210 min türk lirəsi xərclədiyi qeyd edilib.