Toydan sonra ilk açıqlama - “Hələlik uşaq istəmirik...”

toydan-sonra-ilk-aciqlama
Oxunma sayı: 2962

Tarkan toydan sonra ilk dəfə şəxsi həyatı barədə danışıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni səsyazma studiasından çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

“Mənim evlənməyə, xoşbəxt olmağa haqqım yoxdu? Hər şəhərdə, ölkədə toy edəcəm? Evləndik, artıq bitdi. Hərdən düşünürəm ki, sənətimə fasilə verim, öz həyatımı yaşayım”, -deyə ifaçı qeyd edib.

Tarkan həyat yoldaşı Pınar Dilekin hamilə olması barədə yayılan xəbərlərə aydınlıq gətirib:

“Guya hamilə olduğu üçün evlənmişik. Bu doğru deyil. Hələlik uşaq istəmirik, ancaq ata olmaq istərdim. Mənim üçün qız və oğlan olması fərq etmir. Sağlam dünyaya gəlməsi vacibdir”.