İki həftə əvvəl İstanbulda nikah bağlayan, keçən cümə isə Kölndə toy edən Tarkan-Pınar cütlüyü Türkiyəyə qayıdıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlük toydan sonra ilk dəfə hava limanından çıxarkən görüntülənib.
Tarkan çıxış zamanı jurnalistlərin suallarını cavablandırıb, çox həyəcanlı olduğunu söyləyib:
“Toydan sonra evimizə gəldik. Hələ də bal ayına getməmişik. Bir az yorğunuq, sizinlə başqa vaxtı daha uzun söhbət edərik. Siz də, mən də həyəcanlıyam”.


Son xəbərlər
Son Xəbərlər