Toydan sonra xanımının soyadını götürdü - Foto

toydan-sonra-xaniminin-soyadini-goturdu
Oxunma sayı: 9494

Milyarder Nelson Peltzin qızı Nikola Peltzlə ailə həyatı quran Devid və Viktroiya Bekhemlərin oğlu Bruklin Bekhem həyat yoldaşının soyadını götürüb.

“Qafqazinfo” xəbər verir ki, o, yeni soyadını artıq instaqram hesabında da qeyd edib.

Eyni zamanda Nikola Peltz Bekhem soyadını götürüb.

Bekhemin bu addımını dəstəkləyənlər arasında türkiyəli müğənni Edis də olub. “Bruklin Peltz Bekhemi təbrik edirəm. Şahənə bir addımdır. Çox nəcib və doğru baxış bucağı və bəlkə də olması lazım olan bir müddət sonra”, - o tviterdə yazıb. 

Qeyd edək ki, Bruklin və Nikola 2020-ci ilin iyulunda bir neçə aylıq münasibətdən sonra nişanlanıb. Onlar daha tez ailə qurmağı planlaşdırırdı, lakin bu, koronavirus pandemiyası səbəbindən mümkün olmamışdı. Cütlük evlənməmişdən əvvəl nikah müqaviləsi də bağlayıb.