Toylara dava salan müxalifət obrazı...

toylara-dava-salan-muxalifet-obrazi
Oxunma sayı: 2578

80-ci illərin sonunda Qubadlıda Əmrah adlı biri yaşayırdı. Bunun işi-gücü toylara dava salmaq idi. Bəzən onu toy sahibləri məclisə çağırmazdılar. Uzaqdan gələndə mağardan çıxıb birtəhər yola salardılar. Əmrah kişi özündən deyən adamların toyunda dava salmazdı. Əlacı qalırdı uzaq kəndlərə, fağır-fuğurun məclisinə gedib dava salsın.

Prezident seçkiləri günü Salyan seçki məntəqəsində qutuya topa ilə bülleten salan seçiciləri görəndə, Əmrah kişi yadıma düşdü. Nə olursa-olsun, təxribat törətmək. Xaricdən sifariş elə verilmişdi ki, mütləq təxribat görüntüsü yaradılmalı, Avropanın lazımi qurumlarına ötürülməli idi. Seçkidən əvvəl Əli Kərimli, Arif Hacılı və Anar Məmmədli kimilərinə tapşırıq verildiyi de-şifrə edilmişdi. Gizli çəkilişlər, kiminsə etimadından istifadə edib söz qoparmaq cəhdləri də onun içində.

Birinci təxribatı Salyanın seçki məntəqəsində qutuya topa halında bülleten salmaqla etdilər. Məntiqsiz yanaşma ondan ibarət idi ki, məntəqə rəhbərliyi saxtakarlıq etmək niyyətinə düşsəydi, bunu günün günorta çağı etməzdi. Məntqədəki çəkiliş beynəlxalq şəbəkəyə qoşulduğundan, qəfildən işıq söndürülər və gizli iş həyata keçirilərdi. İkincisi, ümumi tapşırıq verilərdi ki, içəri daxil olanların cibindən bütün lazımsız əşyalar çıxarılsın. Telefondan tutmuş ağ kağızlara qədər. Yəni, seçkinin demokratikliyi həm də ondan ibarət idi ki, seçicilərə ciddi rejimli sanksiyalar tətbiq edilmirdi. Lakin edilə bilərdi. Təhlükəsizlik naminə bunu etmək olardı və heç bir beynəlxalq qurum heç nə deməzdi. Amma deyən tapılacaqdı. O qurumlar ki, təxribat üçün maliyyə ayırmışdılar.

Tapşırıq verənlər üçün ciddi əsaslı saxtakarlıq lazım deyil. Görüntü oldu, vəssalam, elə bu da kifayətdir. Ciddi əsaslı saxtakarlıq isə başqa cür olur. Müxalifət qurumlarının nümayəndələri müşahidəçi qismində iştirak üçün əvvəlcədən qeydiyyata düşürlər. Bülletenləri sayırlar, ad-soyadlara diqqətlə fikir verirlər, bir nəfərin 5 məntəqədə səs verməsi kimi faktlar toplanıb koordinasiya edilir. Lakin budəfəki süni təxribartlar Qazaxıstana qədər gedib çıxdı. Belə ki, Qazaxıstandakı seçkinin yay paltarlı fotolarını paylaşdılar ki, bu, fevral günündə Azərbaycanda çəkilib. Hətta tapşırığa əməl etməyə görə buna da əl atdılar.

Azərbaycanda jurnalistika faktlara əsaslanır. Qərbdə isə eşidilən məlumata. Məsələn, istənilən Qərb jurnalisti hansısa malikanənin qarşısında durub deyə bilər ki, eşitdiyimizə görə bura filankəsin malikanəsidir. Sənədlər başqasının adına olsa da, əində yazılı fakt tutmasa da, tapşırıqdırsa, dünya dağılsa da, bunu edəcək. Yaxud, divarın qabağında xaricdə yaşayan 3-4 azərbaycanlını düz və de ki, bunlar Salyan rayonunun sakinləridir. Onlar da seçkinin şəffaf keçmədiyini deyib dursunlar. Budur, material hazırdır və elə ordan maliyyə ayıranlara göndər. Özü də beynəlxalq KİV elə qurumların əlindədir ki, Azərbaycan tərəfinin dəlil-sübutlarını dərc etməyəcəklər. Ki bura Azərbaycandır, ya Qazaxıstan. Əsas odur ki, ilkin informasiya alt şüura ötürülsün. Xarici jurnalistin Prezident İlham Əliyevə sualını xatırlayırsız?! Deyirdi ki, guya Bakıda hərbi paltarlı əcnəbi əsgərləri görüb. Prezident də ironiya ilə gülümsədi ki, günün günorta çağı Bakıda əcnəbi əsgərləri görmək, yalnız təxribatçı jurnalistin ağlına gələ bilər.    

Azərbaycandakı müxalifət onlayn idarəetmə siteminə keçdi. Elə seçki günü bunu aydın gördük. Yalnız montajla məşğul olub süni təxribat görüntüləri yaydılar. Özlərini  texniki servis işçiləri kimi apardılar. Sivil müxalifətçilik o qədər uzaqdır ki, qalib namizədi təbrik etsinlər, uğurlar diləsinlər, bunlarlıq deyil.

Məntiqlə, seçkidə saxtakarlığa əsas yox idi. Torpaqları işğaldan azad edən İlham Əliyev elə reytinq qazanıb ki, onsuz da qalib o olacaqdı. Gül kimi sonluğa niyə saxtakarlıq qatılsın ki. Məntiq varmı? Heç yoxdur.

Azər Qismət