“Toyota Gəncə Mərkəzi” açıldı- - Fotolar

toyota-gence-merkezi-acildi-
Oxunma sayı: 4690


“Qafqazinfo” xəbər verir ki, açılış Mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, "Toyota" Qafqaz şirkətinin prezidenti Yuji Wadata, "İSR" Holdinqin vitse prezidenti Rauf Xəlilov , "İSR Avto" şirkətinin direktoru Rəşad Əliyev  və ictimaiyyət nüməndələri iştirak edib. 

Açılış mərasimində çıxış edən  Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov “Toyota Gəncə Mərkəzi"nin Gəncə şəhərində fəaliyyətə başlamasından məmnun olduğunu bildirdi və şirkətə bundan sonrakı fəaliyyətində uğurlar arzuladı. Çıxış edən digər rəsmilər "Toyota"nın uğurları haqqında məlumat verərək, Gəncə şəhərində də müştərilərə layiqincə xidmət göstəriləcəyinə inandıqlarını bildirdilər.

Çıxışlardan sonra rəsmi olaraq dilerlik müqaviləsi imzalanıb. 

Daha sonra tədbir şou proqram şəklində davam edib.