“Toyota” ilə “Land Rover” toqquşdu, sürücü belə xilas edildi - Video

toyota-ile-land-rover-toqqusdu-surucu-bele-xilas-edildi
Oxunma sayı: 3131

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 9 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda "Toyota" və “Land Rover” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. 

Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1939-cu il təvəllüdlü Musayev Arif Sadıx oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.