“Toyota” ilə piyadanı vurub öldürdü

toyota-ile-piyadani-vurub-oldurdu
Oxunma sayı: 2280

Ucarda yolu keçən piyadanı avtomobil vurub.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, fevralın 1-də saat 23 radələrində Ucar şəhərinin ərazisində şəhər sakini Elçin Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Feyruz İbrahimovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ucar RPŞ tərəfindən araşdırma aparılır.