“Toyota” ilə piyadanı vurub öldürdü

toyota-ile-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1392

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 28-də saat 2 radələrində qeydə alınıb. 

Rayonun Rəncbər kəndi ərazisində Bakı şəhər sakini X.Şahmuradov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Quba rayon sakini Vahid Yusifovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.