“Toyota” ilə toqquşan sürücü maşından çıxa bilmədi

toyota-ile-toqqusan-surucu-masindan-cixa-bilmedi
Oxunma sayı: 922


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Quşçu kəndi ərazisində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşub.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğrayan “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:55-də başa çatıb.

Murad Əhməd