“Toyota” piyadanı vurub öldürdü

toyota-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1309

Xəzər rayonunun Binə Atçılıq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 2-də saat 21 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini A.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Yaşar Şirinovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.