“Toyota Prado” piyadanı vurdu- - Sürücü saxlanıldı

toyota-prado-piyadani-vurdu-
Oxunma sayı: 1237


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb. “Toyota Prado” markalı minik maşını yolu keçən piyadanı, Mingəçevir sakini 1991-ci il təvəllüdlü Hacıyev Əfqan Namiq oğlunu vurub. Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti sonradan ağırlaşdığı üçün o müalicə məqsədilə Bakıya aparılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.