“Toyota Prius”dan 4 ədəd sellofan bükülüdə olan narkotik maddə aşkar edildi

toyota-priusdan-4-eded-sellofan-bukulude-olan-narkotik-madde-askar-edildi
Oxunma sayı: 2585

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Xidmətin Bakı istintaq təcridxanasının əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu haqda “Qafqazinfo”ya Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı istintaq təcridxanasının qarşısında dayanmış “Toyota Prius” markalı taksi kimi fəaliyət göstərən avtomaşının içərisində olan vətəndaş Məmmədov Pərviz İlham oğlu özünü şübhəli apardığına görə hadisə yerinə Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları dəvət olunub.

Həmin şəxsin üzərində və oturduğu avtomaşına baxış keçirilən zaman 4 ədəd şəffaf sellofan bükülüdə olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.