Yapon brendi “Toyota”nın Cənubi Qafqazdakı rəsmi təmsilçisi “Toyota Qafqaz” və onun Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab olaraq koronavirusla mübarizə fonduna dəstək üçün 34000 AZN məbləğində ianə edib.
“Qafqazinfo” xəbər verir ki, ölkədəki nümayəndəlikdən bunlar qeyd olundu: “Cəmiyyətin bu çətin vaxtında edə biləcəyimiz ən kiçik yardım maddi dəstəkdir. Bu gün ən vacib məsələ problemə hamımızın məsuliyyətli yanaşmasıdır. Məsafənin qorunması və hökümətin bütün tövsiyyələrinin ciddi şəkildə yerinə yetirilməsi ən qısa müddətdə və minimal itkilərlə virusun üzərində qələbə üçün hər birimizin verə biləcəyi ən vacib töhfədir. Fürsətdən istifadə edərək, virusa qarşı mübarizədə ön cəbhədə olan və vəzifələrini yerinə yetirən tibb işçilərinin və bütün dövlət qurumlarının qəhrəmanlıqlarını ayrıca qeyd etmək istəyirik. Belə yüksək peşəkarlığa görə çox sağ olun! ”
Son xəbərlər
Son Xəbərlər