Beyləqanda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Beyləqan rayonu, Ağburun qəsəbəsində 0.5 ha biçilməmiş taxıl sahəsi, 1 ha biçilmiş taxıl sahəsi və “Toyota” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər