“Toyota”nı narkotikin təsiri altında sürdü - Foto

“Toyota”nı narkotikin təsiri altında sürdü
Oxunma sayı: 1416

Cəlilabadda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən və oğurluqla məşğul olan şəxslər saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Qaradağ rayon sakini Orxan Verdiyev polislər tərəfindən Cəlilabad rayonu ərazisində saxlanılıb. Araşdırma zamanı onun, “Toyota” markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Qeyd edək ki, sürücünün yanında əyləşən sərnişini paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 6,069 qram olan marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən evlərdən birindən oğurluq edilib. Kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elvin Mehtizadə və Asif Ağayev saxlanılıblar. Onlardan mənzildən oğurladıqları noutbuk aşkar edilərək maddi sübut kimi götürülüb.

Cəlilabad Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırmalar davam etdirilir




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi