Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər sakini Abdullayev Ruslan Tofiq oğlu idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Bundan sonra maşın aşıb, sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər