Şin kənd sakini Mehman Cəmilov sıldırım qayadan yıxılaraq gözlərini həyata əbədi yumub. Hadisə iki gün öncə baş versə də, cəsəd ötən gün axşam tapılıb.
"Qafqazinfo" ARB Şəki-yə istinadən xəbər verir ki, bədbəxt hadisə Şəkidə baş verib.
26 yaşlı Mehman Cəmilovun meyiti Şin kəndi yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Mehman Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb. Mərhumun cəsədini tapmaq isə o qədər də asan olmayıb.
Mehmanın payızda toyu olacaqdı.
Son xəbərlər
Son Xəbərlər