Toyuna hazırlaşırdı, xərçəngə tutulduğu məlum oldu

toyuna-hazirlasirdi-xercenge-tutuldugu-melum-oldu
Oxunma sayı: 9662

Türkiyəli aktyor Ahmet Kural sümük xərçəngi xəstəliyindən əziyyət çəkir.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, hüquqşünas nişanlısı Çağla Gizem Çeliklə evlənməyə hazırlaşan 40 yaşlı aktyor xəstəliyi ilə bağlı belindən əməliyyat olunub.

Əməliyyat 5 saat davam edib. Kuralın vəziyyəti yaxşıdır.

Onun belindən götürülən şişin xoşxassəli və ya bədxassəli olması biopsiyadan sonra yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, aktyor uzun müddət müğənni Sıla Gençoğlu ilə sevgili olub. Evlənməyə hazırlaşan ikili daha sonra ayrılıb. Sevgilisi tərəfindən döyüldüyünü iddia edən Sıla Kuralı məhkəməyə vermişdi.