Toyunda ÇL himni ilə tort kəsdi - Video

toyunda-cl-himni-ile-tort-kesdi
Oxunma sayı: 4590

Qadın millimizin futbolçusu Manə Mollayeva kişilərdən ibarət əsas yığmanın inzibatçısı Əli Davudovla ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın “Ryazan” klubunun 21 yaşlı futbolçusunun toy mərasimi Bakıdakı şadlıq saraylarından birində təşkil edilib.

Toyda "tort kəsmə" mərasimində maraqlı anlar yaşanıb. Futbolçunun top formasında olan tortu kəsilən zaman Çempionlar Liqasının himni səsləndirilib.