Toyunda ürəkdən “hə” deməsi minlərlə baxış sayı topladı - Video

toyunda-urekden-he-demesi-minlerle-baxis-sayi-topladi
Oxunma sayı: 3534

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib.

Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub.

Bundan başqa, müğənninin nikah mərasimində “Çağrı Terlemezlə evlənmək istəyirsinizmi” sualına ürəkdən “evet” (hə-red.) dediyi anın görüntüləri minlərlə baxış sayı toplayıb.  

Cütlüyün toyunda İrem Derici, Derya Uluğ, Enis Arıkan, Merve Özbey kimi bir çox tanınmış sima iştirak edib.