Toyundan çox qolundakı göyərtilərdən danışıldı - Fotolar

toyundan-cox-qolundaki-goyertilerden-danisildi
Oxunma sayı: 3687

“Eşkiya dünyaya hükümdar olmaz” serialının aktrisası Naz Elmas ailə qurub. “Qafqazinfo” xəbər verir ki, 36 yaşlı Naz 52 yaşlı iş adamı Erol Özmandıracı ilə nikah bağlayıb.

Esma Sultan Yalısında baş tutan toyda Pınar Altuğ, Yağmur Atacan, Engin Altan Düzyatan, “Galatasaray”ın sədr müavini Abdurrahim Albayrak və digər məşhurlar iştirak edib.

Naz nikahdan əvvəl media üzvlərinin qarşısına çıxaraq xoşbəxt anlar yaşadığını qeyd edib: “Bizim bir araya gəlmə səbəbimiz “cimbom”lu olmağımızdır.  Erolu ilk gördüyümdə evlənəcəyim insan olduğunu anlamışdm”.

Bundan əlavə, N. Elmasın toy günü qolundakı göyərti diqqətdən yayınmayıb. Gəlin maşınından enərkən çəkilən görüntülər hər kəsi təəccübləndirib. Nazın şiddətə məruz qalması barədə suallar ortaya çıxsa da, aktrisanın peyvənd vurdurduğu üçün qolunda belə izlərin qaldığı da ehtimal edilib.