Toyuq doğrayırdı, arteriyasını kəsdi - Bakıda

toyuq-dograyirdi-arteriyasini-kesdi
Oxunma sayı: 2758

Bakı sakini ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, Bül-Bülə qəsəbəsi, A.Caparidze küçəsində yaşayan 1988-ci il təvəllüdlü Fariz Mahmudov yaşadığı evdə toyuq doğrayarkən ehtiyatsızlıqdan bıçaqla sol ayağının bud nahiyəsinin arteriyasını kəsib.

F.Mahmudov akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları onu dindirə bilməyiblər.