"Qafqazinfo" xəbər verir ki, bunu SalamNews-a Respublika Gigyena və Epidemiologiya Mərkəzinin (GEM) qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib.
O bildirib ki, yerdə qalan digər dönər satan və hazırlayan heç bir müəssisənin lisenziyası yoxdur: "Paytaxt Bakıda 500-ə yaxın dönər satan müəssisə var. Onların işi o zaman qanunsuz olur ki, onlar sanitariya qaydalarını, tələbləri pozurlar".
İmran Abdullayev deyib ki, toyuq dönərinin satışına qadağa qoyulsa da çox təəssüf ki, satışı davam etdirilir: "Biz toyuq dönərinin satışını qadağan etmişik. Hazırda toyuq dönəri satanlar qanunları pozurlar".
Son xəbərlər
Son Xəbərlər