Türkiyənin Kocaeli rayonunun Kartepe qəsəbəsində ailədaxili cinayət baş verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı Turqay Çəlik itən toyuqlarını axtarmaq üçün atasının yanına gedib və toyuqları onun götürüb-götürmədiyini soruşub.
Atası Murad Çəlik görmədiyini desə də Turqay buna inanmayıb və toyuqların qarşılığında ördəkləri götürmək istəyib. Bu zaman ata və oğul arasında mübahisə düşüb.
Özünü cilovlaya bilməyən oğul atasını bıçaqlamaq istəyib. Lakin, ata tez maşına tərəf qaçaraq tüfəngi götürüb və oğlunu vuraraq öldürüb.
Murat Çəlik hadisə yerindən qaçaraq qarğıdalı tarlasında gizlənib. Polis qısa zamanda onu taparaq həbs edib.
Son xəbərlər
Son Xəbərlər