Toz dumanı nə vaxtadək davam edəcək?

toz-dumani-ne-vaxtadek-davam-edecek
Oxunma sayı: 1507

Havada toz dumanı müşahidə olunur.

Bu barədə "Qafqazinfo"ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Məlumata görə, Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Hazırda Bakı və Abşeronda havada  tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

“Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”, - xidmətin əməkdaşı Gülnarə Abbasova deyib. 

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.