Tozlu hava şəraiti nə vaxtadək davam edəcək?

tozlu-hava-seraiti-ne-vaxtadek-davam-edecek
Oxunma sayı: 3478

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərinin nəticələrinə görə havada toz-duman müşahidə edilir.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb, arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.