TQDK boş qalan yerlərə qəbula başladı -

tqdk-bos-qalan-yerlere-qebula-basladi-
Oxunma sayı: 1379


“Qafqazinfo” TQDK-nın saytına istinadən xəbər verir ki, bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2015-ci il 29 iyul saat 10.00-dan 5 avqust saat 10.00-dək qurumun internet saytının müvafiq səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidir.

Bu zaman bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrəsindən istifadə etməlidir.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Onu da qeyd edək ki, Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

“Qafqazinfo”