TQDK cavabları açıqladı

tqdk-cavablari-aciqladi
Oxunma sayı: 2141

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu il martın 13-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

“Qafqazinfo” xəbər verir ki, imtahanın nəticələri bu qurumun internet səhifəsində yerləşdirilib.

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 7-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Peşə liseyləri şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq şkalasına (2, 3, 4, 5) uyğunluğu müvafiq cədvəldə təqdim olunur. Həmin cədvəl TQDK-nın internet saytında verilib.