TQDK-dan - xəbərdarlıq

tqdk-dan-
Oxunma sayı: 2592


“Qafqazinfo” TQDK-nın rəsmi internet saytına istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlayıb və bu proses iyulun 10-da saat 17:00-da başa çatır.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.