TQDK-dan 600-dan çox bal toplayanlara- - Xəbərdarlıq

tqdk-dan-600-dan-cox-bal-toplayanlara-
Oxunma sayı: 4284


“Qafqazinfo” TQDK-nın rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, “Abituriyent” jurnalının ayrıca bir nömrəsi bütünlüklə onlara həsr ediləcək. Odur ki, 600 və daha yüksək bal toplayan gənclər verilən linkdən (http://www.abiturient.az/ANKET_600_2014.pdf) anket-sorğunu yükləyib doldurmalı və onu 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkillə birlikdə avqustun 31-dək TQDK-ya və ya Komissiyanın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər. Anket və şəkli “Abituriyent” jurnalının elektron ünvanına da göndərmək olar.

Anket-sorğusu həmçinin “Abituriyent” jurnalının 7-ci sayında da təqdim olunub.