TQDK-dan I qrupla bağlı dəyişiklik

tqdk-dan-i-qrupla-bagli-deyisiklik
Oxunma sayı: 1878


"Qafqazinfo" xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib.

• Geologiya-300 bal;

• Kompyuter elmləri-300 bal;

• Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal;

• İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal;

• İnşaat mühəndisliyi-250 bal;

• Nəqliyyat tikintisi mühəndisliyi-250 bal.