“Qafqazinfo”nun məlumatına görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada təşkil olunub. Bakı şəhərində 944 namizəd, Naxçıvan şəhərində isə 12 namizəd imtahan verir. İmtahanın idarə olunması üçün 17 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb.
İmtahan bütün binalarda eyni vaxtda- saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edir.
Rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi 30 mart 2014-cü il tarixində keçirilib və 956 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək imtahanın II mərhələsinə buraxılıb.