Xəbər verdiyimiz kimi, yeni yaradılan Dövlət İmtahan Mərkəzi test bankının formalaşdırılması, elmi-metodik və proqram təminatının yaradılması və təkmilləşdirilməsi məqsədi ilə işçi qruplar, ekspert şuraları və elmi-metodik seminarlar təşkil etmək səlahiyyətinə malik olacaq.
“Qafqazinfo” xəbər verir ki, sözügedən publik hüquqi şəxsin nizamnaməsinə əsasən, bu qurum abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları təşkil etmək hüququna da malikdir.
Qeyd edək ki, dünən prezident tərəfindən imzalanan sərəncamla Dövlət Qulluğu Məsələləri üzrə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilib və Dövlət İmtahan Mərkəzinin yaradılıb.
Son xəbərlər
Son Xəbərlər