TQDK qabiliyyət imtahanlarına start verdi

tqdk-qabiliyyet-imtahanlarina-start-verdi
Oxunma sayı: 713


“Qafqazinfo” Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, imtahanlar 10 gün müddətində - iyulun 27-dək davam edəcək.

Ali təhsil müəssisələrinə ərizə qəbulu mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qrafik üzrə seçmə turlar keçirilib. Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılıb və yoxlamadan müvəffəqiyyətlə keçənlər qabiliyyət imtahanlarında iştirak etmək üçün internet vasitəsilə qeydiyyata alınıblar. Müvafiq qrupların test imtahanı nəticəsində müsabiqə şərtini ödəmiş abituriyentlər onlar üçün müəyyənləşdirilmiş vaxtda qabiliyyət imtahanı verəcəklər.  

Bu ildən etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarının gedişi videolentə alınacaq. 

Qeyd edək ki, qəbul qaydalarına əsasən, abituriyentlərə qabiliyyət ixtisasları ilə yanaşı, müsabiqə şərtlərini ödədikləri halda digər ixtisasları seçmək imkanı verilir.