TQDK qeydiyyatı başa vurdu

tqdk-qeydiyyati-basa-vurdu
Oxunma sayı: 700


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 8-dən aparılıb. Bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, proses bu gün saat 17:00-dək uzadılıb.

Bu gün həmçinin, 2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başa çatıb. Kolleclərə qəbul olanların qeydiyyatı avqustun 13-dən başlayıb və 22 avqust saat 17:00-dək davam edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər daxil olduqları təhsil müəssisəsində qeydiyyatı isə avqustun 28-də yekunlaşacaq. Bu prosesə avqustun 15-dən başlanılıb və avqustun 28-dək davam edəcək.