Trabzonda “fırtına”dan əsər-əlamət qalmayıb

trabzonda-firtinadan-eser-elamet-qalmayib
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Trabzonspor” evdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Çempionatın son 4 turunda qələbəyə həsrət qalan trabzonlular bu oyunda da uğur qazana bilməyib. “Qaradənizlilər” rəqibin 2 qoluna 1 topla cavab verə bilib. Bu məğlubiyyətdən sonra “Trabzonspor” 10-cu pillədə qalıb, “Gənclərbirliyi” isə 9-cu yerə yüksəlib.

"Trabzonspor" - "Gənclərbirliyi" - 1:2
Qollar: Aydoğdu, 14 (0:1), Öztəkin, 54 (0:2), Kolman, 60-pen (1:2)

Ceyhun Əhmədov