“Trabzonspor” 38 ildən sonra çempion oldu

trabzonspor-38-ilden-sonra-cempion-oldu
Oxunma sayı: 4980

“Trabzonspor” Türkiyə Super Liqasında cari mövsümün qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, Trabzon təmsilçisi evdə  “Antalyaspor”la qarşılaşıb. 2:2 hesabı ilə heç-heçə edən “Trabzonspor” 38 ildən sonra çempion olub. Komanda 77 xalla çempionluğu vaxtından əvvəl təmin edib.

“Trabzonspor” – “Antalyaspor” - 2:2
Qollar: Kornelius, 3. D.Tokoz, 62 – Ndao, 51. Rayt, 80.