“Trabzonspor” Azərbaycan millisinin üzvünü 500 minə satır

trabzonspor-azerbaycan-millisinin-uzvunu-500-mine-satir
Oxunma sayı: 773

“Trabzonspor”dan icarə əsasında Slovakiyanın “Jilina” klubuna göndərilən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyə klubundan tamamilə ayrıla bilər.

“Qafqazinfo” xəbər verir ki, Slovakiya təmsilçisi bunun üçün qarşı tərəfə müraciət edib. 

“Jilina” rəhbərliyi 12 oyunda 6 qol vurub, 2 qol ötürməsi edən forvard üçün Trabzon təmsilçisinə 500 min avro təklif edib. Lakin türkiyəlilər Ramil üçün 2 milyon avro tələb ediblər. Slovakiyalıların razılaşmaması səbəbindən “Trabzonspor” rəhbərliyi Ramili 500 min avro qarşılığında satmağa qərar verib.