Martın 3-də futbol üzrə Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Trabzonspor” klubu doğma meydanda “Fənərbaxça” komandası ilə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, matç 2:1 meydan sahiblərinin qələbəsi ilə bitib. “Trabzonspor”un qollarını 46-cı dəqiqədə Alekander Sörloth, 66-cı dəqiqədə Filip Novak vurub.
“Fənərbaxça”nın yeganə qolunun müəllifi isə 82-ci dəqiqədə Vedat Muriç olub.


Son xəbərlər
Son Xəbərlər